AZ

Sançez: BMT və çoxtərəfli sistem təcili islahatlara ehtiyac duyur

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, BMT və mövcud çoxtərəfli beynəlxalq sistem təcili islahatlara və yenilənməyə ehtiyac duyur.

Turkustan.az xəbər verir ki, Sançez Barselonada keçirilən “Demokratiyanın Müdafiəsi üzrə 4-cü Konfrans”ın açılışında çıxış edərək, ekstremizmə qarşı mübarizənin vacibliyini vurğulayıb və ad çəkmədən ABŞ prezidenti Donald Trump-ı tənqid edib.

O bildirib ki, dünyada güc tətbiqinin normallaşması, bərabərsizlik və dezinformasiya demokratiyalar üçün ciddi risk yaradır: “Demokratiyanı adi bir şey kimi qəbul edə bilmərik. Çoxtərəfli sistem zəifləyir və biz buna qarşı həm müdafiə, həm də təşəbbüs göstərməliyik”.

Sançez həmçinin qeyd edib ki, BMT daha demokratik və təmsilçi olmalı, dəyişən dünya reallıqlarına uyğun şəkildə islah edilməlidir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr