AZ

Lənkəranda torpaq sürüşməsi baş veribVİDEO

Lənkəranda torpaq sürüşməsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Torpaq qatı 200 metrə yaxın uzunluq və 7 metr hündürlükdən sürüşərək Ulum çayına tökülüb.

Kənd sakinləri deyirlər ki, sürüşmə uzun müddətdir davam edir. Çaya sel gələndə su qalxır və daşır.

Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, problemin genişlənməsinin qarşısını almaq üçün işlər aparılır.

Qeyd edək ki, bundan öncə Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub. Əlavə vəsait ayrılmadığı üçün işlər yarımçıq qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
34
xezerxeber.az

1Mənbələr