"Football-plus.az" xəbər verir ki, yevlaxlıların baş məşqçisi Fizuli Məmmədov oyunsonrası mətbuat konfransında bunları deyib:
"Çətin oyun olacağını bilirdik. "Şamaxı" çempionatın ən möhkəm, ən strukturlu, hər fazada işləyən komandadı. Standart vəziyyətlərin bizim üçün çətin olacağını başa düşürdük. Oyun çox gərgin keçdi. Görüşə çox ciddi hazırlaşmışdıq. Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi. Onlar döyüşkənlilik, mərdlik göstərdilər. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. Çox əzmkar idilər. Qarşıdakı görüşə hazırlaşacağıq".