AZ

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Milli Məclisin deputatı Mixail Zabelinin sədrliyi ilə Azərbaycanın Rus İcmasının ümumi hesabat-seçki yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rus İcmasının sosial şəbəkə hesablarında məlumat yayılıb.

Mixail Zabelin hesabat məruzəsi ilə çıxış edib. Əsas istiqamətlər üzrə fəaliyyət haqqında sədrin birinci müavini Anastasiya Lavrina, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova, eləcə də Azərbaycanın Rusdilli Tədris Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina məlumat veriblər.
 

Gənclərin ictimai və mədəni həyata cəlb edilməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və ənənələrin qorunub saxlanılmasına yönəlmiş Azərbaycanın Rus İcması nəzdindəki Rus Gəncləri Assosiasiyasının fəaliyyəti ayrıca qeyd edilib.


Həmçinin icmanın Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın gücləndirilməsinə, cəmiyyətlərarası əlaqələrin inkişafına və xalqlar arasında dostluq ənənələrinin qorunmasına verdiyi mühüm töhfə vurğulanıb.

Müzakirələrin yekunlarına əsasən Azərbaycanın Rus İcmasının hesabat-seçki yığıncağının qətnaməsi yekdilliklə qəbul edilib.

Daha sonra icmanın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə yolu ilə Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib.

Bundan sonra Respublika Şurasının üzvlərinin və sədr müavinlərinin seçilməsi baş tutub. Sədrin birinci müavinləri Anastasiya Lavrina və Vitali Kovalyov, sədr müavini vəzifələrinə Lyubov Yakunina və Dmitri Kozin seçiliblər.
























Bizim.Media

Seçilən
18
5
bizim.media

8Mənbələr