AZ

İsrail ordusu Livanda mövqelərinə yaxınlaşan silahlıların öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda atəşkəsi pozaraq İsrail qoşunlarına yaxınlaşan "terrorçu bölmə"nin məhv edildiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: "Atəşkəsi pozaraq İsrail qüvvələrinə yaxınlaşan bir terrorçu bölmə müəyyən edilib. Təhdidi aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri zərbə endirib və terrorçuları məhv edib".

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti qeyd edib ki, ordu İsrailin siyasi rəhbərliyinin direktivlərinə uyğun olaraq fəaliyyət göstərir və mülki şəxslərin, əsgərlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək səlahiyyətinə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
1
olaylar.az

2Mənbələr