AZ

Azərbaycan və Türkmənistan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Nazirlər Kabineti sədrinin birinci müavini və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan–Türkmənistan tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmətə əsaslanan möhkəm təmələ söykənir.

Nazirlər enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına da toxunublar. Bu çərçivədə Avropa ilə Asiyanı birləşdirən strateji dəhlizlər üzrə əlaqələrin inkişafı xüsusi vurğulanıb.

Tərəflər həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın qorunmasının vacibliyi qeyd olunub.

Sonda tərəflər müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və bütün səviyyələrdə sıx dialoqun davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyiblər.

Seçilən
28
3
apa.az

4Mənbələr