AZ

İrəvanda poliqonda partlayış: yaralılar var

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan mediası aprelin 18-də İrəvanda “qəribə və qeyri-adi” hadisə baş verdiyini yazıb.

Axar.az xəbər verir ki, təxminən saat 18:00 radələrində İrəvan Bələdiyyəsində qeydiyyata alınan Nubaraşen poliqonunda partlayış və yanğın baş verdiyi və zərərçəkənlərin olduğu barədə məlumat daxil olduğu bildirilir.

“Alınan məlumatlar dəqiq olub. Hadisə yerində iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Partlayış zibil poliqonunun qarovul postunun yanında yerləşən tualetdə işığı yandırarkən baş verib, ehtimal edilir ki, səbəb qaz yığılması olub.

Yaralananlar zibil poliqonunun 36 yaşlı direktoru Sərkis Xaçatryan və onun 54 yaşlı işçisi Edik Misakyandır”, - məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
axar.az

1Mənbələr