AZ

Voleybol üzrə Azərbaycan çempionu bəlli oldu FOTO

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib. 

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub. 

3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub. 

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
7
bakivaxti.az

8Mənbələr