AZ

2 min qarışqanı ölkədən çıxarmaq istədi: çinli həbs edildi

Keniyanın paytaxtı Nayrobi məhkəməsi Çin vətəndaşı Çjan Ketsyunu 1 il müddətinə azadlıqdan məhrum edib və 1 milyon Keniya şillinqi (təxminən 7 700 ABŞ dolları) məbləğində cərimə kəsib. O, ölkədən 2200-dən çox canlı "kral bağı qarışqası"nı qanunsuz yolla çıxarmağa cəhddə təqsirli bilinib.

Azreform.info -ın "Black Country Radio"ya istinadən məlumatına görə, qaçaqmalçı mart ayında Nayrobi beynəlxalq hava limanında saxlanılıb. Təhlükəsizlik əməkdaşları yoxlama zamanı onun baqajında çox sayda həşərat aşkar ediblər. Hakim bildirib ki, bu cür sərt cəza digər şəxslər üçün xəbərdarlıq olmalıdır, çünki Keniyadan qarışqaların qanunsuz çıxarılması halları son vaxtlar artıb.

Ekzotik həşəratlara böyük tələbat var

Məlumata görə, ekzotik həşəratlar Avropa və Asiyanın "qara bazarlarında" yüksək qiymətə satılır. Kolleksiyaçılar süni qarışqa yuvalarında (formikarium) saxlamaq üçün bu növ koloniyalara böyük məbləğlər ödəyirlər.

Məhkəmə prosesinin əvvəlində Çjan günahını inkar etsə də, sonradan ifadəsini dəyişib. Vəkili isə müvəkkilinin qanunu pozduğundan xəbərsiz olduğunu iddia edərək hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib. Həşəratları çinliyə satan keniyalı ortaq isə həbs edilsə də, girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Ötən il minlərlə qarışqa daşıyan dörd nəfər cərimələnib, iki belçikalı yeniyetmə isə sınaq şüşələrində 5 min qarışqanı ölkədən çıxarmağa cəhd edərkən yaxalanıb.

Seçilən
13
3
azreform.info

4Mənbələr