AZ

Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar"

Bakıda Hövsan istiqamətinə işləyən sərnişin avtobuslarının dayanacaqda dayanmaması narazılığa səbəb olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 120 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar "Hökumət evi"nin qarşısındakı dayanacaqda dayanmırlar.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 1, 2, 4, 10, 20, 32, 46, 88A və 120 nömrəli marşrut xətləri Pușkin küçəsi istiqamətindən Neftçilər prospektinə doğru hərəkət edərkən Hökumət Evi yanında yerləşən dayanacağa daxil olurlar.

"Qeyd olunan dayanacağa daxil olmaları ilə bağlı sürücülərə mütəmadi olaraq xəbərdaredici SMS-lər göndərilir və bu məsələ daimi nəzarətdə saxlanılır. Sorğunuzda hadisənin dəqiq tarix və saatı qeyd olunmadığından konkret fakt üzrə araşdırma aparmaq mümkün olmadı. Bununla belə bildiririk ki, sürücü tərəfindən dayanacağa daxil olmama halı aşkar edildiyi təqdirdə, həmin sürücü barəsində müvafiq tədbir görülür. Bütün sürücülərimizə yenidən müvafiq sms xəbərdarlıq göndərildi", - deyə Ə.Əliyeva bildirib.

Seçilən
14
3
far.az

4Mənbələr