AZ

İran bizi təhdid və şantajla dayandıra bilməz - Tramp

BAKI, TurkicWorld, Nailə Babazadə

İran bizə şantaj edə bilməz. Onlar boğazı yenidən bağlamaq cəhd etdilər.

TurkicWorld xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib.

O, Tehran rəhbərliyinin hərəkətlərini "şantaj" cəhdi kimi qiymətləndirib. ABŞ lideri İranın Hörmüz boğazını yenidən bağlamaq cəhdi ilə bağlı bu bəyanatı rəsmi sosial media hesabı vasitəsilə paylaşıb.

Prezident Tramp əvvəllər aparılan danışıqların müsbət məcrada davam etdiyini xatırladaraq, Tehranın bu son addımının prosesə təsirini vurğulayıb. O, yaranmış vəziyyət və danışıqların gələcək taleyi ilə bağlı gün ərzində yeni məlumatlar paylaşacaqlarını diqqətə çatdırıb.

Seçilən
19
turkic.world

1Mənbələr