AZ

“Xilasedici” Azərbaycan çempionu oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında “Xilasedici” və “Ordu” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “Xilasedici”nin qələbəsi ilə başa çatıb – 3:1.

Bu nəticədən sonra “Xilasedici” Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, üçüncü yer uğrunda oyunda “Neftçi” komandası “Murov Az Terminal” üzərində 3:0 hesablı qələbə əldə edib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr