AZ

Meksika Prezidenti Kubaya hərbi müdaxiləyə qarşı çıxdı

BAKI, 18 aprel. TELEQRAF

Meksika Prezidenti Klaudiya Şeynbaum Barselonada keçirilən IV Demokratiya Sammitindəki çıxışı zamanı Kubaya hərbi müdaxiləni pisləyən xüsusi bəyannamə qəbul etməyi təklif edib.

Teleqraf xəbər verir ki, o, çıxışının videoyazısını "X"də yayımlayıb.

"Kuba işlərinə hərbi müdaxiləyə qarşı bəyannamə təklif etmək istəyirəm. Qoy dialoq və sülh hökm sürsün", - deyə dövlət başçısı bildirib.

Çıxışında o, ölkəsinin tarixi mövqeyini də xatırladaraq, Meksikanın 1962-ci ildə Kubaya tətbiq edilən embarqoya qarşı çıxdığını qeyd edib. Şeynbaumun sözlərinə görə, Kuba xalqı öz suverenliyini və tam hüquqlu həyat hüququnu müdafiə etməkdə əzmkarlıq nümayiş etdirib.

Seçilən
17
5
teleqraf.com

6Mənbələr