Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
"Football-plus.az" xəbər verir ki, o, "Neftçi"nin loqosunu paylaşıb.
Əmrullayevin paylaşımı "ağ-qaralar"ın ötən gün Misli premyer-liqasının 28-ci turunun "Zirə" ilə səfər matçından sonra olması diqqət çəkib.
Xatırladaq ki, 90+4-cü dəqiqədə meydan sahibləri Brahim Konatenin qolu ilə hesabı bərabərləşdirib. "Neftçi" qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia edib.
Emin Əmrullayev "Neftçi"nin Müşahidə Şurasının üzvüdü.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta