AZ

"Xilasedici" Azərbaycan çempionu olub

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

"Report"un məlumatına görə, final oyununda "Xilasedici" "Ordu" ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Xilasedici"nin qələbəsi ilə yekunlaşıb - 3:1.

Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.

Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" "Murov Az Terminal"ı üstələmişdi -3:0.

Seçilən
17
3
far.az

4Mənbələr