AZ

Pomidoru harada saxlamaq lazımdır?

Şef-aşpaz Fernando Kanaless Eçanobe pomidorların saxlanması zamanı edilən və onların dadını korlayan geniş yayılmış səhvi açıqlayıb.

Ölkə.az xəbər verir ki, onun sözlərini "El Confidencial" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, bir çox insan pomidorların dadsız olmasını onların keyfiyyətsizliyi və ya kifayət qədər yetişməməsi ilə əlaqələndirir. Halbuki problem əslində məhsulun alındıqdan sonra düzgün saxlanmamasından qaynaqlanır.

Aşpaz bildirib ki, pomidorları soyuducuda saxlamaq olmaz. Çünki aşağı temperatur həm məhsulun dadını, həm də teksturasını korlayır. O, pomidorların soyuducudan kənarda, məsələn meyvə qabında saxlanmasını tövsiyə edib.

Alternativ olaraq isə o, evə qayıtdıqdan sonra bir dəfəyə yeyilə biləcək qədər pomidor almağı məsləhət görüb.

Həmidə İbrahimova

Seçilən
35
2
olke.az

3Mənbələr