AZ

ABŞ-nin yeni təkliflərini müzakirə edirik – İran Ali Milli Təhlükəsizlik Şurası

Bakı. Trend:

ABŞ-nin irəli sürdüyü yeni təklifləri müzakirə edirik.

Trend-inməlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasıbəyanat yayıb.

Bəyanata əsasən, ABŞ danışıqlardan əvvəl İranın 10 maddəlikplanı çərçivəsində hərəkət etməyi qəbul etsə də, danışıqlar zamanıyeni və həddindən artıq tələblər irəli sürüb. Bu isə İran nümayəndəheyətinin qəti mövqeyi ilə qarşılanıb və qarşı tərəf anlayıb ki,İran heç bir halda öz mövqelərindən geri çəkilməyəcək.

Bəyanatda qeyd olunur ki, bu səbəbdən danışıqların bu mərhələsikonkret nəticə olmadan başa çatıb və davamı ABŞ-nin mövqelərinireallığa uyğunlaşdıracağı vaxta saxlanılıb.

“Son günlər Pakistan ordusunun komandanının Tehrana səfəri vəvasitəçi kimi iştirakı ilə ABŞ tərəfindən yeni təkliflər təqdimolunub və İran hazırda onları araşdırır, hələlik cavab verməyib.İran əldə olunan tarixi qələbələri möhkəmləndirmək üçün heç birgüzəştə getməyəcək,ölkənin maraqlarını qoruyacaq”, - deyə bəyanatdabildirilib.

Bəyanatda qeyd edilib ki, İran müharibə bitənə və davamlı sülhəldə olunana qədər bu boğazdakı hərəkətə nəzarəti davam etdirməkdəqərarlıdır. Bu nəzarət keçən gəmilər haqqında tam məlumatınalınması, İranın müəyyən etdiyi qaydalara uyğun keçid icazələrininverilməsi, təhlükəsizlik, mühafizə və ekoloji xidmətlərə görəödənişlərin alınması və müəyyən edilmiş marşrutlar üzrə hərəkətetməklə həyata keçiriləcək. Həmçinin, qarşı tərəf tərəfindən dənizblokadası və ya gəmi hərəkətinə maneələr yaradılarsa, bu atəşkəsinpozulması hesab olunacaq və İran Hörmüz boğazının məhdud açılmasınıdayandıracaq.

Məqalədə:
Seçilən
31
4
az.trend.az

5Mənbələr