AZ

Yuxusuz gecələrə son: məşhur “4-7-8” texnikası necə işləyir?

Tibb elmləri namizədi, həkim Aleksandr Şişonin bildirib ki, insan gecə qəfil oyandıqda beyni zorla yenidən yuxu rejiminə keçirməyə çalışmamalıdır.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, o, bu vəziyyətdə kömək edə biləcək effektiv yuxuya getmə üsullarını açıqlayıb.

Həkimin sözlərinə görə, “4-7-8” nəfəs texnikası yuxuya getməyə kömək edə bilər. Bu üsulda əvvəlcə 4 saniyə ərzində nəfəs alınır, sonra 7 saniyə nəfəs saxlanılır və 8 saniyə ərzində ağızdan yavaş-yavaş nəfəs verilir. Bu məşqi 4-8 dəfə təkrarlamaq məsləhətdir.

Şişonin digər effektiv üsul kimi növbəli burun nəfəsini də qeyd edib. Onun izahına görə, sağ burun dəliyi barmaqla bağlanır və sol burundan 4 saniyə nəfəs alınır; sonra sol burun bağlanır və sağ burundan 6 saniyə ərzində nəfəs verilir. Bu proses 5-10 dəfə təkrarlanmalıdır.

Həkim əlavə edib ki, qəfil oyanmadan sonra tez yuxuya getmək üçün afirmasiya texnikası da faydalıdır. Bu üsulda insan 10-20 dəfə zehində belə bir cümləni təkrarlayır: “Bədənim ağırlaşır, nəfəsim sakitləşir, asan və dərin yuxuya gedirəm” və bədənə istilik dalğasının yayıldığını təsəvvür edir.

Əgər yenidən yuxuya getmək mümkün olmazsa, həkim yataqda oyaq qalmağı tövsiyə etmir. Bu halda qalxıb bir qədər hərəkət etmək, məsələn, yüngül gimnastika etmək və ya gəzmək faydalı ola bilər. Həmçinin sinir sistemini sakitləşdirmək və susuzlaşmanın qarşısını almaq üçün bir stəkan ilıq su içmək məsləhətdir.

Bundan əlavə, fikirləri kağıza köçürmək də kömək edə bilər: 3-5 dəqiqə ərzində ağla gələn hər şeyi filtrsiz və struktur olmadan yazmaq tövsiyə olunur.

Həmidə İbrahimova

Seçilən
33
1
olke.az

2Mənbələr