“Santos”un hücumçusu Neymar MLS klubu “Sinsinnati”nin ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, ESPN Neymarın sözlərini sitat gətirib: “Düzünü desəm, bu barədə heç nə bilmirəm”.
34 yaşlı braziliyalı futbolçunun sözlərinə görə, o, 2026-cı ilin sonunda başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Neymar bu mövsüm səkkiz oyunda dörd qol vurub və üç məhsuldar ötürmə edib.