AZ

Türkiyədə məktəbin həyətinə ildırım düşdü: 2 uşaq öldü, 1-i yaralandı

Türkiyənin Diyarbəkir vilayətinin Ergani rayonunda məktəbin həyətində 3 uşağın altında olduğu ağaca ildırım düşüb.

Hakimiyyet.az "Haber Global"a istinadla xəbər verir ki, uşaqlardan ikisi həyatını itirib, biri isə ağır yaralanıb.

Hadisə yerinə çağırış üzrə təcili tibbi yardım briqadaları cəlb olunub. 

Müalicəsi davam edən yaralı məktəblinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Həmidə İbrahimova

Seçilən
0
2
hakimiyyet.az

3Mənbələr