AZ

Ramil Həsən türkiyəli deputatla görüşüb

Yazını böyüt
Yazını kiçilt

Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Zafer Sırakaya ilə görüşüb.

TÜRKPA-dan hafta.az-a bildirilib ki, görüş zamanı tərəflər parlamentarilərin rolu və siyasi partiyaların qardaş dövlətlər arasında əməkdaşlığın təşviqinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

Həmçinin TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsindəki rolu, üzv dövlətlərin deputatlarının türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr müzakirə olunub. Baş katib Z.Sırakayaya TÜRKPA-nın bu istiqamətdəki fəaliyyəti barədə məlumat verilib.

Deputat Z.Sırakaya rəhbərlik etdiyi partiyanın və Türkiyə Böyük Millət Məclisi üzvlərinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək, təşkilatın işinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Seçilən
13
hafta.az

1Mənbələr