AZ

2026-cı il həlledici il olacaq

Azərbaycanın siyasəti regionda qurulan bütün əlaqələr və layihələrin hər bir ölkə üçün qarşılıqlı faydalı olmasına əsaslanır.

Publika.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Paneldə də bu fikir səsləndirildi ki, belə bağlantı konsepsiyasına müsbət baxmaqla daha dayanıqlı və geniş miqyaslı əməkdaşlıq imkanları yaranır. Əsas məqsəd iqtisadi inkişafı təmin etməklə yanaşı, humanitar və digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Məsələn, biz Zəngəzur dəhlizini Orta Dəhlizin bir hissəsi kimi görürük. Bu Azərbaycanın regionda geostrateji bağlayıcı rolunun möhkələnməsinə gətirib çıxarır", - deyə. E.Əmirbəyov bildirib.

Prezidentin nümayəndəsi bildirib ki, qardaş Türkiyə bu əməkdaşlığın məhsuldarlığını görür:

"Bu istiqamətdə Gürcüstanı da unutmaq olmaz. Hazırda mövcud olan bağlantılar Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya gedib çıxır. Bu əməkdaşlıq çərçivəsində nəqliyyat, logistika və enerji sahələrində mühüm təşəbbüslər reallaşdırılır və bu təşəbbüslər regionun inkişafına əhəmiyyətli təsir göstərir və bu təşəbbüslərdən hər kəs yararlanacaq".

Seçilən
11
publika.az

1Mənbələr