Cənubi Qafqaz qlobal bağlantılar baxımından mühüm strateji körpü rolunu oynaya bilər.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada bildirib.
Elçin Əmirbəyovun fikrincə, keçmiş münaqişələr səbəbindən Cənubi Qafqaz uzun müddət beynəlxalq diqqətdən kənarda qalıb, lakin hazırda regiona yenidən strateji rol qazandırmaq üçün unikal imkan yaranıb.
Belə ki, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və beynəlxalq aktorların proseslərə cəlb olunması regionun dayanıqlılığına mühüm töhfə verə bilər.
O deyib ki, tərəfdaşlarla müzakirə olunan təşəbbüs və ideyaların real nəticəyə çevrilməsi uğur üçün əsas şərtdir.