AZ

ABŞ Suriyadakı bütün hərbi bazalarının təhvil-təslimini tamamladı

ABŞ Suriyadakı bütün hərbi bazalarının təhvil-təslimini tamamladı

ABŞ Mərkəzi Komandanlığı Suriyadakı əsas bazaların təhvil verilməsi prosesinin başa çatdığını elan edib.

AFN.az xəbər verir ki, CENTCOM sözçüsü Tim Hokins ABŞ qüvvələrinin planlı keçid prosesinin bir hissəsi olaraq Suriyadakı bütün mühüm bazaların təhvilini yekunlaşdırdığını bildirib.

İŞİD-in yenidən baş qaldırmasına imkan verməməyin bölgə təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayan Hokins, ABŞ qüvvələrinin yerli tərəfdaşlar tərəfindən həyata keçirilən antiterror əməliyyatlarını dəstəkləməyə davam etdiyini qeyd edib.

"Təbii qətiyyət" əməliyyatı çərçivəsində fəaliyyət göstərən və təxminən 2 min nəfərlik şəxsi heyətdən ibarət olan ABŞ bölmələri fevral ayından etibarən bölgədən çəkilməyə başlamışdı. Hərbi heyət və texnikadan ibarət sonuncu konvoy aprelin 16-da Kasrak hava bazasını tərk edib.

Xatırladaq ki, ilin əvvəlində 5 min 700-dən çox İŞİD üzvü Suriyadakı saxlama məntəqələrindən İraqa köçürülmüşdü.

Seçilən
32
afn.az

1Mənbələr