AZ

Deputat: “Bəzi soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur”

Milli adlar və soyadlar mövzusu illərdir müzakirə olunur. Müəyyən irəliləyişlər olsa da, durum arzu olunan səviyyədə deyil. Fikrimcə, burada hər kəsin övladına, yaxınlarına fərdi ad seçimi hüququna hörmətlə yanaşmaqla yanaşı, doğru nümunələrin təbliği və təşviqi çox vacib məsələdir. Burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları çox vacibdir.

 

Pravda.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

 

O qeyd edib ki, ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı adlarını təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğat gücləndirilməlidir: “Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və s. adları qoymaqdan çəkinməyə çağırıram. Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada "ov", "yev"i təmizləsən də milliləşdirmək mümkün olmur. Heç olmazsa, bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalışaq”.

Tarix: 18 Aprel 2026, 15:24   
Seçilən
23
7
pravda.az

9Mənbələr