AZ

Azərbaycan Konqo prezidentinin andiçmə mərasimində təmsil olunub

Aprelin 16-da paytaxt Brazzavil şəhərində Konqo Respublikasının yenidən seçilən Prezidenti Deni Sassu-Nqessonun andiçmə mərasimi keçirilib.

Mərasimdə ölkəmizin Keniyadakı, eyni zamanda, iqamətgahı Nayrobi şəhərində olmaqla Konqodakı səfiri Sultan Hacıyev iştirak edib. O, Deni Sassu-Nqessoya Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.

Konqo Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycan Hökumətinin bu mərasimdə təmsil olunmasına görə səfirə təşəkkür edib, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində səfir Sultan Hacıyevin Konqonun xarici işlər, frankofoniya və xaricdə yaşayan konqolularla iş üzrə naziri Jan Klod Qakosso, nazir müavini Güi Nestor İtua ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək imkanları ilə bağlı müzakirə aparılıb.

XQ

Seçilən
0
8
xalqqazeti.az

10Mənbələr