AZ

ABŞ Rusiyaya qarşı sanksiyaları yenidən yumşaldıb

Bakı. Trend:

ABŞ aprelin 17-nə qədər gəmilərə yüklənmiş Rusiya neft və neftməhsullarının tədarükünə icazə verib.

Trend xaricimediaya istinadən xəbər verir ki, müvafiq lisenziya ABŞ MaliyyəNazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindəndərc olunub.

İcazə 16 may tarixinədək qüvvədə olacaq.

Bundan əvvəl tankerlərə yüklənmiş Rusiya neftinin daşınmasınaicazə verən lisenziya 12 martdan 11 aprelədək qüvvədə idi.

Qeyd edək ki, ABŞ dünya üzrə enerji daşıyıcılarınınqiymətlərinin kəskin artımı fonunda Rusiya nefti ilə bağlısanksiyaları yumşaldıb. ABŞ və İsrailin İrana qarşı müharibəyəbaşlamasından sonra neft və qaz bahalaşıb. Bunun əsas səbəblərindənbiri İranın gəmilərin hərəkəti üçün bağladığı Hörmüz boğazıvasitəsilə enerji daşıyıcılarının daşınmasının dayandırılmasıolub.

Məqalədə:
Seçilən
41
1
az.trend.az

2Mənbələr