AZ

Azərbaycanda ÜDM azaldı: səbəb Ekspert

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) 2026-cı ilin birinci rübündə 0,3 faiz azalmanın qeyd alınması birbaşa neft və qazın ÜDM-də payının aşağı düşməsiylə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Azərbaycanda ÜDM-nin 0.3% azalması barədə danışarkən deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk rübündə iqtisadiyyatın neft-qaz sektorunda 1.2% azalma qeydə alınıb:

“Baxmayaraq ki, qeyri-neft-qaz sektorunda 0.2% artım qeydə alınıb, bu, bütövlükdə neft sektorunda azalmanın ÜDM-yə təsirini aradan qaldıra bilməyib. Nəzərə almaq lazımdır ki, oxşar tendensiya həm də sənaye məhsullarının istehsalında müşahidə olunub.

Mövsümi faktorlar da mövcuddur. Onlar da ÜDM-in dəyişmə dinamikasına təsir göstərir. Amma bütövlükdə gözlənti bundan ibarətdir ki, ÜDM-in dəyişmə dinamikası növbəti dövrlərdə artımla əvəz olunsun. Çünki mövsümi faktorlar birbaşa ÜDM-ə təsir göstərir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
axar.az

1Mənbələr