Bizim media saytına istinadən ain.az xəbər verir.
“Hörmüz Boğazı yalnız atəşkəs çərçivəsində, müəyyən gəmilər üçün məhdudiyyətlər olmaqla açıqdır”.Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei-Nik bildirib.
"Hərbi və düşmən qüvvələrlə əlaqəli gəmilərin Hörmüzdən keçidi qadağandır", - deyə nazirlik rəsmisi bildirib.
O əlavə edib ki, mövcud vəziyyət müvəqqətidir və Livanda Hizbullaha təzyiq güclənərsə, dəyişə bilər.Xatırladaq ki, aprelin 17-də ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açıq elan edildiyini bildirib və buna görə İran rəhbərliyinə təşəkkür edib.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.