AZ

Rusiya bölgələrinə kütləvi PUA hücumları Limanlar, neft bazaları və yaşayış obyektləri vuruldu

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya ərazisinin müxtəlif bölgələrində genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumları baş verib. Rəsmi məlumatlara görə, zərbələr nəticəsində enerji infrastrukturu, sənaye obyektləri və bəzi mülki tikililərə ziyan dəyib.

Leninqrad vilayəti ərazisində, Vysotsk limanı yaxınlığında dron hücumu nəticəsində yanğın baş verib. Vilayət rəhbəri Alexander Drozdenko bildirib ki, ümumilikdə 27 pilotsuz aparat zərərsizləşdirilib, hadisə zamanı xəsarət alan olmayıb.

Samarada Novokuybışevsk şəhərində isə dron doğum evinin yaxınlığına düşüb. Nəticədə binanın şüşələri qırılıb, pasiyentlər və yeni doğulan körpələr digər tibb müəssisələrinə köçürülüb. Vilayət rəhbəri Vyaçeslav Fedorişev həmçinin Sızran və Novokuybışevskdə sənaye obyektlərinə hücumların qeydə alındığını açıqlayıb.

İşğal altında olan Sevastopol şəhərində Kazaçya buxtası ərazisində yanacaq qalıqları olan rezervuar yanıb. Krasnodar ərazisində, Tixoretsk şəhərində yerləşən neft bazasında da yanğın baş verib.

Voronej şəhərində tikilməkdə olan yaşayış binasına ziyan dəyib. Bu barədə vilayət rəhbəri Aleksandr Gusev məlumat verib.

Rusiya Müdafiə Nazirliyi ümumilikdə ölkə ərazisi, eləcə Qara dəniz üzərində 258 PUA-nın məhv edildiyini açıqlayıb. Bildirilir ki, dronlar Belqorod, Bryansk, Kursk, Rostov, Samara və Leninqrad vilayətləri də daxil olmaqla bir sıra bölgələr üzərində vurulub.

Hücumlar fonunda bir sıra hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. O cümlədən Vnukovo və Pulkovo hava limanlarında reyslərin qəbulu və göndərilməsini qısa müddətə dayandırılıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr