AZ

Bakıda beynəlxalq neft ticarəti və logistika forumu keçiriləcək

ain.az, Apa.az saytına istinadən bildirir.

Bu ilin 23–24 aprel tarixlərində Bakıda II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumu keçiriləcək.

“APA-Economics” xəbər verir ki, tədbirdə SOCAR, “Petronas”, “KMG Kashagan”, “Pakistan Railways” və “Black Sea Terminal” və digər qurumlar iştirak edəcək.

Məlumata görə, tədbir zamanı Xəzər limanlarının və dəmir yolu şəbəkələrinin neft və neft məhsullarının artan həcmlərini qarşılamaq üçün gücləndirilməsi, dəyişən geosiyasi şəraitdə sərhədlərarası enerji ticarətinin mürəkkəb maliyyə və hüquqi mexanizmlərinin idarə olunması və uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək üçün regional əməliyyatların beynəlxalq keyfiyyət və ekoloji standartlara uyğunlaşdırılması kimi məsələlər müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
apa.az

5Mənbələr