AZ

İran 6 aeroportun fəaliyyətini bərpa edib

Bakı. Trend:

İran 6 aeroportun - İmam Xomeyni, Mehrabad, Məşhəd, Bircənd,Qorqan və Zahidan aeroportunun - fəaliyyətini bərpa edib.

Trend-inməlumatına görə, bunu İranın Aeoport Şirkətləri Assosiasiyasınınkatibi Maqsud Əsədi Samani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda hava yolları şirkətləri yerli vəxarici uçuşların həyata keçirilməsi üçün hazırlaşırlar.

Əsədi Samani bildirib ki, hava yolları şirkətləri uçuşlarınhəyata keçirilməsi üçün İranın Mülki Aviasiya Təşkilatındanlisenziya almalıdır.

Əlavə edək ki, İran bu gündən etibarən ölkənin şərq hissəsininsəmasını beynəlxalq uçuşlar üçün açıq olduğunu elan edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr