Müğənni Ayan Babakişiyeva son açıqlaması ilə yenidən diqqət mərkəzinə düşüb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"Kürd olduğum halda, niyə də yox. Kürd dili mənim dədə-baba dilimdir".
Bu açıqlama qısa müddət ərzində sosial mediada böyük rezonans doğurub. Bəzi istifadəçilər müğənninin əvvəllər müxtəlif etnik kimliklərlə bağlı səsləndirdiyi fikirləri xatırladaraq,-
"siz gah yəhudi, gah türk, gah da kürd olduğunuzu deyirsiniz",- kimi tənqidi şərhlər yazıblar.
Məsələyə aydınlıq gətirən müğənni isə tənqidlərə cavab verməkdə gecikməyib. O, ailə kökləri barədə daha ətraflı danışaraq bildirib:
"Bəli, anam Dərbənd yəhudisidir, atam isə kürddür. Mən azərbaycanlı olmağımla fəxr edirəm. Ölkəmin tolerant olduğunu da yaxşı bilirəm. İnsanlar fərqli köklərdən gələ bilər - kimisinin anası yəhudi, atası kürd olar. Burada nə qəbahət var?"Musavat.com