AZ

ABŞ mediası: Trampın tviti Netanyahunu şoka saldı

ABŞ prezidenti Donald Trampın İsrailin Livanı bombalamayacağı və ABŞ-ın onlara bunu qadağan etdiyi barədə açıqlamasının İsrailin Baş naziri Binyamin Netanyahunu şoka saldığı və Ağ Evdən məsələ ilə bağlı aydınlıq gətirməsini istədiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Axios xəbər saytının məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, İsrail Prezident Trampın "İsrail artıq Livanı bombalamayacaq; ABŞ onlara bunu etməyi qadağan edib. Artıq kifayətdir" açıqlamasına mənfi reaksiya verib.

Adı açıqlanmayan mənbə bildirib ki, Trampın açıqlamasında "tamamilə fərqli bir dildən" istifadə etməsi Netanyahu və komandasını "şoka salıb" və İsrail rəsmiləri Ağ Evdən məsələ ilə bağlı aydınlıq tələb ediblər.

Hesabatda Netanyahu və komandasının Trampın Livanla bağlı şərhlərini mediadan öyrəndiyi və "təəccübləndiyi" bildirilir.

Ağ Ev rəsmisi də məsələ ilə bağlı şərh verərək bildirib ki, "Prezidentin Livan və İsrail arasında imzaladığı atəşkəs müqaviləsində İsrailin Livan hədəflərinə qarşı heç bir hücum hərbi əməliyyatı aparmayacağı açıq şəkildə bildirilir. Bununla belə, o, planlaşdırılan, qaçılmaz və ya davam edən hücumlardan özünü müdafiə etmək hüququnu özündə saxlayır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr