AZ

Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Şəmkirdə yanğın hadisəsi baş verib.
BUTA.TVAPA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə dərs vaxtı yanğın başlayıb. Yanğın məktəbin informatika otağında baş verib. Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

Seçilən
4
9
buta.tv

10Mənbələr