AZ

Azərbaycanın daha bir cüdoçusu Ömər Rəcəbli Avropa çempionatına qələbə ilə başlayıb YENİLƏNİB 2

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın daha bir cüdoçusu Ömər Rəcəbli (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı 1/16 finalda Abdul-Kerim Tasuyevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö.Rəcəbli 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

10:51

Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı 1/16 finalda Nase Herkoviçlə (Sloveniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Z. Tçkayev növbəti raunda yüksəlib.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

10:29

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.

Rəqibini məğlub edən S.Ağayevə növbəti raunda vəsiqə qazanıb.

Bu gün Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) də tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
7
cebheinfo.az

4Mənbələr