AZ

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.

"Far.Az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşacaq.

Bakıdakı "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi hazırda altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın yeddi, üçüncü sıradakı Şimali Makedoniyanın üç, dördüncü yerdəki Andorranın bir xalı var.

Seçilən
1
3
far.az

5Mənbələr