AZ

Üfunətdən keçmək olmur Kürdəxanı sakinləri boğaza yığılıblar VİDEO

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı oxu.az-a qəsəbə sakinləri müraciət ediblər.

Onların sözlərinə görə, tullantıların vaxtında daşınmaması ciddi problemə çevrilib.

Belə ki, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər tam dolub, zibil ətrafa səpələnərək geniş əraziyə yayılıb. Plastik torbalar, karton qutular və müxtəlif məişət tullantıları konteynerlərin ətrafında qalaqlanıb. Bəzi tullantıların isə torpağa qarışdığı müşahidə olunur.

Sakinlərin sözlərinə görə, mövcud konteynerlər köhnədir, onların bəzilərinin təkərləri yoxdur və istifadəyə yararlı deyil:

"Bizim məhəllədə zibil konteynerləri nə dəyişdirilib, nə də onlarla maraqlanan var. Bu konteynerlər çox köhnədir. Buradakı üfunətdən nə böyük, nə də uşaq rahat keçə bilir. İllərdir bu vəziyyətdə yaşayırıq. Bizim əsas tələbimiz odur ki, bu əraziyə diqqət yetirilsin və problem həll olunsun".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
bakivaxti.az

3Mənbələr