AZ

3 ayda 7 milyard kilovat saat elektrik enerjisi

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Energetika Nazirliyinin yaydığı operativ məlumata əsasən, 2026-cı ilin 1-ci rübündə Azərbaycanda 6 milyard 991 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 672,7 milyon kilovat-saat və ya 10,6 faiz çoxdur.

Hesabat dövründə istehsal olunmuş ümumi enerjinin 6 milyard 66 milyon kilovat-saatı istilik elektrik stansiyalarının (İES), 510,5 milyon kilovat-saatı su elektrik stansiyalarının (SES), 414,5 milyon kilovat-saatı isə digər mənbələrin payına düşüb.

Yanvar–mart aylarında ölkənin külək elektrik stansiyalarında 247,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 91,3 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu ilin ilk 3 ayında külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 238,2 milyon kilovat-saat və ya 26,1 dəfə artıb. Ümumilikdə, SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 milyon kilovat-saat təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 76,8 milyon kilovat-saat, (İES-lərdə 5 milyard 558,6 milyon kilovat-saat, SES-lərdə 508,1 milyon kilovat-saat, GES-lərdə 10,1 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon kilovat-saat, idxalı isə 35 milyon kilovat-saat olub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

6Mənbələr