AZ

Başına 10 milyon qoyulmuşdu, ilk dəfə üzə çıxdı Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İraqda fəaliyyət göstərən və ABŞ-nin tutulması üçün 10 milyon dollar mükafat elan etdiyi “Xətaib Hizbullah” təşkilatının baş katibi Əhməd əl-Həmidavi ilk dəfə ictimaiyyət qarşısında görünüb.

“Qafqazinfo” xəbər verir ki, o, Kərbəla şəhərində keçirilən “Qələbə yürüşü” zamanı tərəfdarları ilə birlikdə görüntülənib.

Bu, Həmidavinin ABŞ tərəfindən onun başına pul qoyulmasından sonra ilk ictimaiyyət arasında görünməsidir.

55 yaşlı liderin yürüş zamanı onlarla tərəfdarı ilə birlikdə hərəkət etdiyi və yayılan görüntülərdə maska taxdığı diqqət çəkib. Tədbir müxtəlif silahlı qrupların iştirakı ilə təşkil olunub.

Əl-Həmidavinin SEPAH-la əlaqələrinin olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun tutulmasına kömək edəcək məlumat verənlərə 10 milyon dollara qədər mükafat vəd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
qafqazinfo.az

3Mənbələr