AZ

Sürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Günəşdəki koronal dəlikdən qaynaqlanan və Yerə doğru hərəkət edən sürətli günəş küləyi axını səbəbindən yaxın 24 saat ərzində geomaqnit fırtınaları başlayacağı proqnozlaşdırılır.

Avtosfer.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, bu xəbərdarlığı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası, eləcə də qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu edib.

"Proqnozlara əsasən, günün sonunadək Günəşin iri tac dəliyindən çıxan sürətli külək axını Yer kürəsinə daxil olacaq və nəticədə 2-3 gün davam edəcək qeyri-sabit geomaqnit vəziyyəti yaranacaq. Planetimiz təqribən bir həftə müddətində bu sürətli axının təsiri altında qalacaq. Lakin ən kəskin reaksiyanın ilk iki gündə - şənbə və bazar günlərində baş verəcəyi, Yerin yeni xarici şəraitə adaptasiya olunaraq ən yüksək qeyri-sabitlik mərhələsindən keçəcəyi ehtimal edilir. Gözlənilir ki, bazar ertəsi maqnit sahəsi yenidən xarici mühitlə balanslaşacaq və geomaqnit fırtınasının ən aktiv dövrü yekunlaşacaq", - deyə açıqlamada bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
avtosfer.az

3Mənbələr