AZ

Kolton Herta “Formula 1”də debüt edəcək

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Formula-1”in yeni komandası “Cadillac” gənc pilot Kolton Hertanın debüt tarixini açıqlayıb. Amerikalı sürücü çempionat Avropaya qayıtdıqdan sonra ilk rəsmi sınağına çıxacaq.

İdman.Biz xəbər verir ki, Herta İspaniya Qran-prisinin ilk sərbəst yürüşlərində (FP1) iştirak edəcək. Cari mövsümdə super lisenziya xalları toplamaq üçün “IndyCar”dan F2-yə keçən Kaliforniya təmsilçisi “Cadillac” ilə sınaq pilotu müqaviləsi imzalayıb.

Məlumata görə, Kolton il ərzində ümumilikdə dörd sərbəst yürüşdə komandanın əsas pilotları Valtteri Bottas və Serxio Perezi əvəz edəcək. Barselonadakı debütdən sonra digər üç çıxışın vaxtı daha sonra dəqiqləşəcək. Herta əvvəllər “McLaren”in heyətində testlərdə iştirak etsə də, rəsmi yarış həftəsonunda heç vaxt debüt etməyib.

“Cadillac Formula-1 Team” bolidinin sükanı arxasına keçmək üçün səbirsizlənirəm”, - deyə Herta bildirib.

Qeyd edək ki, təqvimdəki dəyişiklik səbəbindən Herta bu il “Indy 500” yarışında iştirak edə bilməyəcək. Belə ki, mayın 22-24-də keçiriləcək F2 Kanada mərhələsi ilə məşhur marafon eyni vaxta təsadüf edir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr