AZ

Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Celestyal Discovery" kruiz layneri marşrutunu dəyişərək, Xasab limanına planlaşdırılan giriş əvəzinə Hörmüz boğazını keçib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra boğazdan keçən ilk sərnişin gəmisi olub.

Gəmi Bakı vaxtı ilə saat 18:55-də boğazı keçib. Saat 19:30-da layner cənub istiqamətində hərəkətini davam etdirib. Marşrut sənədlərində təyinat limanı kimi artıq Maskat limanı göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
3
moderator.az

4Mənbələr