AZ

“Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi

Bu gün Türkiyə çempionatında 30-cu tur start götürüb. İlk oyun günündə iki qarşılaşma keçirilib. “Antalyaspor” evdə “Konyaspor”a 0:2 uduzub. “Fənərbaxça” – “Çaykur Rizəspor” oyununun nəticəsi isə təkcə bu iki komandanın yox, növbəti çempionluğa can atan “Qalatasaray”ın azarkeşlərini də yaxından maraqlandırırdı. “Sarı-lacivərdlilər” 47-ci dəqiqədə hesabda geri düşsələr də, Talişkanın 80-ci (penaltidən), Kərəm Aktürkoğlunun 86-cı dəqiqədə vurduğu qollar vəziyyəti dəyişib. Amma 72-ci dəqiqədən azlıqda oynayan rizəlilər 90+8-ci dəqiqədə məğlubiyyətdən qurtulub – 2:2. Bununla da “Fənərbaxça”nın mövsümdə ilk dəfə liderliyə yüksəlmək arzusu gerçəkləşməyib. Hazırda “Qalatasaray” 68 xalla 1-ci, “Fənərbaxça” 67 xalla 2-ci pillədə qərarlaşıb. “Sarı-qırmızılar” sabah “Gənclərbirliyi”nin qonağı olacaq.

Seçilən
23
1
football-plus.az

2Mənbələr