AZ

Bar işçilərinin səhvi baha başa gəldi - Tibb bacısı məhkəmədə 300 min dollar uddu

ABŞ-də baş verən maraqlı hadisə məhkəmə qalmaqalına çevrilib.

Musavat.com xəbər verir ki, tibb bacısı Diana Sanders gəmi səfəri zamanı ona həddindən artıq spirtli içki verildiyi üçün Carnival Corp. şirkətinə qarşı açdığı iddianı qazanıb. Bildirilir ki, qadına səfər zamanı ümumilikdə 14 qədəh tekila təqdim olunub.

Hadisədən sonra sərxoş vəziyyətdə yıxılan Sanders bel nahiyəsindən xəsarət alıb, həmçinin beyin silkələnməsi keçirib. Onun vəkilləri məhkəmədə qeyd ediblər ki, sərnişinin vəziyyəti açıq şəkildə pisləşdiyi halda bar işçiləri içki verməyi dayandırmalı idi.

Münsiflər heyəti hadisəyə görə məsuliyyətin 60 faizini şirkətin üzərinə qoyub. Nəticədə Diana Sandersin xeyrinə 300 min dollar məbləğində təzminat ödənilməsinə qərar verilib.

 

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr