ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq ictimaiyyət Hörmüz boğazındakı təhdidlərin aradan qaldırılması üçün səylərini birləşdirməlidir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı bildirib.
O vurğulayıb: “Hörmüz boğazındakı təhdidlərin aradan qaldırılması üçün hamımız birlikdə çalışmalıyıq. Bu, dünyada naviqasiya azadlığının qorunmasına xidmət etməlidir”.
Prezident qeyd edib ki, hazırda Hörmüzlə bağlı qəbul edilən qərarlar digər aqressiv aktorların müxtəlif boğazlarda və fərqli regionlarda oxşar gərginliklər yaratmaq ehtimalına necə yanaşacaqlarını müəyyən edəcək.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.