AZ

Lukaşenko Orbanın seçkilərdə niyə uduzduğunu izah etdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

Macarıstan siyasətinə və Viktor Orbanın siyasətinə qiymət verməyə tələsməməyi tövsiyə edərdim. O, praqmatik və realistdir. Bunu kütləvi informasiya vasitələrindən eşidirəm. Amma Orban niyə uduzdu? Deməli, siyasətdə, xüsusilə daxili siyasətdə ciddi çatışmazlıqlar olub. Axı səs verən konkret insanlar idi. Və demək olmaz ki, onlar səhv ediblər, çünki fərq çox böyükdür. Deməli, müxalifət – Peter Magyarın timsalında – aydın və cəlbedici mövqe təqdim edib.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Macarıstanın keçmiş baş naziri Viktor Orbanın parlament seçkilərində məğlub olması barədə danışarkən deyib.

“Yəqin ki, onlar (Viktor Orbanın rəhbərlik etdiyi Fides Partiyası – red.) çox danışırdılar, amma ölkə daxilində hər şeyi etmirdilər. Müxalifət də bundan istifadə etdi”, – deyə Lukaşenko RT-yə müsahibəsində bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
axar.az

1Mənbələr