Bakı. Trend:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəməsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmışƏlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəfəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardantəmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdam rayonuna səfərediblər.
Trend xəbər verir ki, səfərçərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi(ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarınınnümayəndələri tərəfindən bir sıra əməliyyat sahələrinə baxışkeçirilib. Nümayəndələr ANAMA tərəfindən Ağdam rayonunun Cəvahirlikəndində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyitərəfindən Mərzili kəndində, həmçinin minatəmizləmə fəaliyyətinəcəlb olunmuş yerli şirkət tərəfindən Qızılkəngərli kəndi ərazisindəicra edilən humanitar minatəmizləmə əməliyyatları ilə ətraflı tanışolublar.
Sahə baxışları zamanı minatəmizləmə əməliyyatlarının təşkili,istifadə olunan texniki avadanlıqlar, sahələrdə mina və digərpartlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə tətbiq ediləntəmizləmə üsulları, eləcə də aşkar edilən partlayıcı sursatlarınpartlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş olunub.Ərazilərdə mövcud çətinliklər, çirklənmə səviyyəsi, habelə işğaldanazad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatıməqsədilə minatəmizləmə prosesi ilə yanaşı icra edilən mina vədigər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərinçəpərlənməsi fəaliyyəti barədə məlumat verilib.
Əməliyyat sahələrinə baxış prosesindən sonra İşçi qrupun Ağdamşəhərində iclası keçirilib.
İclasda açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətininsədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən humanitarminatəmizləmə tədbirləri barədə məlumat verib. 44 günlük Vətənmüharibəsindən sonra Ağdam rayonunda 43,021 hektar ərazi olmaqla,işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 264,581 hektar ərazidəminatəmizləmə fəaliyyətinin aparıldığını, nəticədə 248,583 ədədmina və digər partlayıcı sursat aşkar edildiyini qeyd edib.Həmçinin, müəyyən ərazilərin konservasiya edilərək çəpərlənməsiişlərinin gedişatına toxunan Vüqar Süleymanov, hal-hazırda Ağdam,Füzuli və Cəbrayıl rayonları istiqamətində çəpərləmə işlərininyekunlaşdığını, Xocavənd və Ağdərə rayonları ərazisində isəfəaliyyətin davam etdiyini diqqətə çatdırıb.
İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindənərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlərbarədə məlumat verib, qarşıda duran öhdəliklər müzakirə edilib.
İclasda, aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti,resursların səmərəli səfərbər olunması və minatəmizləməəməliyyatların planlı şəkildə icrasının təhlükəsiz qayıdışıntəminatında həlledici rol oynadığı vurğulanıb.