AZ

Hindistanda iş şəraiti səbəbindən etirazlar başlayıb

Hindistanın Noida şəhərində minlərlə fabrik işçisi daha yüksək maaş və daha yaxşı iş şəraiti tələb edərək etirazlara başlayıb. 

“BBC” xəbər verir ki, işçilərin aylıq maaşları təxminən təxminən 107-160 dollar arasındadır və bu gəlir artan yaşayış xərclərini qarşılamaq üçün kifayət etmir. Bir çox işçi gündə 12-14 saat işlədiyini, amma əlavə iş saatlarına ədalətli ödəniş almadığını deyir.

Etirazlar əvvəlcə dinc şəkildə başlasa da, sonradan bəzi bölgələrdə gərginlik və zorakılıq qeydə alınıb. Polis bir neçə yerdə gözyaşardıcı qazdan istifadə edib və yüzlərlə insan saxlanılıb. Rəsmilər bəzi bölgələrdə müvəqqəti maaş artımı elan etsələr də, işçilər bunun kifayət etmədiyini bildirirlər. Onlar daha geniş və davamlı əmək haqqı islahatları tələb edirlər. Ekspertlər problemin maaşlarla yanaşı, həm də əmək qanunlarının zəif tətbiqi və qeyri-rəsmi iş şəraiti ilə bağlı olduğunu deyirlər. Hazırda bir çox işçi işinə qayıtsa da, etirazlar davam edir və narazılıqlar tam aradan qalxmayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr