AZ

Bu gün Azərbaycan və Ermənistan münasibətlərində tamamilə fərqli dinamika müşahidə olunur - Vaan Kostanyan

Antalya. Trend:

Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərdə tamamiləfərqli dinamika müşahidə olunur.

Trend-inxüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Ermənistanxarici işlər nazirinin müavini Vaan Kostanyan Antalya DiplomatiyaForumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

“Hazırda tamamilə fərqli dinamika müşahidə olunur. Bu gün artıqortaq gələcək imkanlarından və real dialoqdan söhbət gedir. Bubaxımdan, regionun dörd ölkəsinin nümayəndələrinin bu gün eyni masaarxasında əyləşərək əməkdaşlıq perspektivlərini müzakirə etməsi dəsimvolikdir”, – deyə o bildirib.

Kostanyan qeyd edib ki, Cənubi Qafqaz hazırda dünyanın ən sabitregionlarından biridir.

“Müxtəlif bölgələrdə logistika və təchizat zəncirlərininpozulması, eləcə də davam edən münaqişələr və müharibələr fonundaregion dayanıqlılıq nümayiş etdirir.

Lakin bu sabitlik əbədi təmin olunmuş bir hal deyil. İndi mövcudrəqabət üstünlüklərini real iqtisadi və siyasi nəticələrə çevirməküçün sürətli və düşünülmüş addımlar atmaq vacibdir. Siyasi iradə vətərəflərin intizamı sayəsində mümkün olan sülh əldə edildikdənsonra yeni mərhələyə — praktik siyasi qərarlara, açıq danışıqlaravə region ölkələri arasında əlavə əlaqələrin qurulmasına keçməklazımdır”, – deyə Ermənistan xarici işlər nazirinin müavini əlavəedib.

Onun sözlərinə görə, eyni zamanda Cənubi Qafqazın Avropa,Mərkəzi Asiya və Uzaq Şərq arasında iqtisadi əlaqəliliyin mühümhəlqəsinə çevrilməsi məsələsi də gündəmdədir.

“Sonda isə sülh və sabitlik regionun inkişafı üçün əsas təməlrolunu oynayır”, – deyə o vurğulayıb.

Seçilən
22
3
az.trend.az

4Mənbələr